İsrail əsgərləri 30 yaşlı fələstinlini öldürüblər

İsrail əsgərləri 30 yaşlı fələstinlini öldürüblər

Fələstində Əqsa məscidinin bağlanılmasından sonra gərginlik artmaqda davam edir. Axar.az xəbər verir ki, Fələstin vətəndaşı dünən günorta saatlarında Əl-Xəlil şəhərinin şimalına hücum edib. 30 yaşlı fələstinlinin maşınla hücumu nəticəsində 3 nəfər yaralanıb, özü isə İsrail əsgərlərinin avtomobilə atəş açması nəticəsində ölüb. Yaralanan İsrail əsgərləri yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bölgədə gərginliyin artacağı halda bu kimi hücumların silsilə xarakter daşıyacağı istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə