Türkiyədə Fətullahçı Terror Təşkilatının (FETÖ) fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində Ankara prokurorluğunun təlimatı ilə 40 nəfərin saxlanılmasına sanksiya verilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılmasına sanksiya verilən şəxslərin 39-u Türkiyə Daxili İşlər Nazirliyinin keçmiş, biri isə hazırkı əməkdaşıdır.
Şübhəlilərin saxlanılması istiqamətində əməliyyat başlayıb.
Şübhəli şəxslərin fətullahçıların şifrli mesajlaşma sistemi olan "Bylock"dan istifadə etdikləri müəyyənləşdirilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB