İsrailin Qәzzaya tәtbiq etdiyi embarqonun aradan qaldırılması üçün yeni addımlar atılır. SİA-nın məlumatına görə, İngiltәrә, İrlandiya, Yeni Zellandiya vә Avstraliyadan könüllülәrin yer aldığı yardım karvanı Londondan yola düşüb.
Londonda parlament binasının önündә toplaşan könüllülərə, partiya lideri Georqi Qallovay vә müharibə əleyhinə koalisiyası dәstәk verib. Çıxışında Misir dövlәt başçısı Hüsnü Mübarәkә müraciәt edәn Qallovay kavranın Misirә daxil olmasına maneәçilik törәdilmәmәsini istәyib.
İsraildәn Qәzzaya tәtbiq etdiyi embarqoya son qoymasını istәyәn Qallovay, embarqo tәtbiqinin aradaq qaldırılmadığı müddәtindә yardım karvanlarının göndәrilmәsinә davam edilәcәyini deyib.
Qeyd edәkk ki, Kavran Fransa, İtalya, Yunanıstan vә Türkiyә üzәrindәn Suriyaya, bu ölkәnin Latika limanından isә gәmi ilә Misirә keçәcәk. Misirin icazә vermәmәsi təqdirdə Rifah sәrhәd mәntәqәsindәn Qәzzaya daxil olacaq. Dәrman vә müxtәlif lәvazimat daşıyan yardım karvanı, oktyabr ayının ortalarında Qәzzaya çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB