Yaşayış kompleksində yanğın olub

Yaşayış kompleksində yanğın olub

Havay adalarının paytaxtı Honoluluda yerləşən 36 mərtəbəli “Marko Polo” yaşayış kompleksində baş verən yanğın nəticəsində ən azı 3 nəfər ölüb, 2 nəfər ağır, lakin stabil vəziyyətdə xəstəxanaya çatdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, alışma binanın 26-cı mərtəbəsində baş verib. Yanğının söndürülməsinə onlarla yanğınsöndürmə briqadası cəlb edilib.

Tibb işçilərinin hadisə yerində bir neçə zərərçəkənə yardım göstərdikləri bildirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə