Leysan yağışları: ölənlər var

Leysan yağışları: ölənlər var

Çinin şimal-şərqindəki Çzilin vilayətində leysan yağışlar 8 nəfərin ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii hadisə səbəbindən daha 1 nəfər itkin düşüb. Cümə axşamı və cümə günlərində fasilə verməyən leysan yerli hakimiyyət orqanlarını 120 min nəfəri təxliyə etməyə məcbur edib.

Təbii fəlakət zonasında ümumilikdə vilayətin 13 rayonunda yaşayan 320 min nəfər qalıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə