Öküz 13 nəfərə xəsarət yetirib

Öküz 13 nəfərə xəsarət yetirib

İspaniyanın Pamplona şəhərində San-Fermina fiestasında ənənəvi öküz qaçışları (ensyerro) zamanı 13 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bundan əvvəl 9 nəfərin xəstəxanaya çatdırıldığı bildirilib. Zərərçəkənlər arasında ABŞ, Fransa və İtaliyadan olan turistlər, eləcə də İspaniyanın müxtəlif şəhərlərinin sakinləri olub.

Bildirək ki, San-Fermina fiestası hər il 6-14 iyul tarixlərində keçirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə