Binəli Yıldırım: “Türkiyə hökuməti fövqəladə rejimi 3 ay artırmaq niyyətindədir”
Türkiyə hökuməti ölkə ərazisində fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə artırmaq niyyətindədir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, bununla bağlı hökumət öz təkliflərini müvafiq strukturlara təqdim edəcək.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB