"Anadolu" agentliyinin fotoşəkillərindən ibarət sərgi keçirilib

"Anadolu" agentliyinin fotoşəkillərindən ibarət sərgi keçirilib

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Fətullahçı Terror Təşkilatının (FETÖ) ötən il iyulun 15-də türkiyədə hərbi çevriliş cəhdinin birinci ildönümü ilə əlaqədar "Anadolu" agentliyinin fotoşəkillərindən ibarət sərgi keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ölkədə fəaliyyət göstərən Türkiyə qurumlarının dəstəyi ilə tarixi kitabxana binasında keçirilən sərgi Türkiyənin Sarayevodakı səfirliyinin himayəsi altında baş tutub.

Sarayevo səfirliyinin Dini xidmətlər üzrə müşaviri Hasan Atlının "Qurani-kərim" tilavəti və iki dövlətin milli marşlarının oxunması ilə başlayan sərgidə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbekoviç, Bosniya və Herseqovina İslam Birliyinin sədri Husein Kavazovic, Türkiyənin Sarayevodakı səfiri Haldun Koç, bosniyalı siyasətçilər, yerli idarəçilər, Türkiyə təşkilatlarının nümayəndələri və vətəndaşlar iştirak ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə