İran prezidenti Mahmud Əhmədinejad Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı qəbul edib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, İran prezidenti və Ermənistan XİN-in rəhbəri iki ölkələr arasında çoxmövzulu əməkdaşlıq baxımından məmnun olduqlarını bildiriblər. Son vaxtlarda ikitərəfli yüksək səviyyəli qarşılıqlı səfərlərin aktivliyini, formalaşmış mənfəətli iqtisadi əməkdaşlığı, həyata keçirilən çoxsaylı proqramları qeyd edərək əlavə ediblər ki, hüquq-müqavilə meydanını daha da genişləndirməklə daha da inkişaf etdirmək zəruridir. İran prezidenti və ermənistanlı nazir 2009-cu ilin aprelində Ermənistan prezidentinin Tehrana etdiyi rəsmi səfəri ərzində əldə olunmuş razılaşmaların həyata keçirilməsi gedişatını müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB