Türkiyədə 50 510 şübhəli həbs edilib

Türkiyədə 50 510 şübhəli həbs edilib

Türkiyənin Ədliyyə Nazirliyi 2016-cı il 15 iyul hərbi çevriliş cəhdindən sonra başlayan istintaq işləri ilə bağlı mətbuatı və ictimaiyyəti məlumatlandırmaq məqsədilə bəyanat yayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, istintaq çərçivəsində bu günə qədər 169 min 13 şübhəli şəxs haqqında təhqiqat aparılıb. 169 general, 7098 polkovnik və aşağı rütbəli hərbçilər, 8815 polis əməkdaşı, 24 qubernator, 73 qubernator müavini, 116 dövlət məmuru və 31 784 mülki şəxs olmaqla ümumilikdə 50 510 şübhəli həbs edilib.

3046 hərbçi, 5024 polis, doqquz qubernator, 27 qubernator müavini, 73 dövlət məmuru daxil olmaqla 48 439 nəfər şərti azadlığa buraxılıb.

152 hərbçi, 392 polis, üç qubernator müavini, doqquz dövlət məmuru daxil olmaqla 8087 nəfər isə axtarışdadır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə