İspaniyanın altı vilayətində gözlənilən rekord istilər səbəbindən ən yüksək - “qırmızı” təhlükə səviyyəsi elan edilib. El Pais qəzetinin dövlət meteoroloji agentliyinə istinadla yaydığı məlumata görə, mütləq rekord - 46,9 dərəcə isti Xaen vilayətinin Anduxar bələdiyyəsində ola bilər. Buna qədər isə ən yüksək temperatur (46,6 dərəcə) 1995-ci il iyunun 26-da Kordova aeroportunda qeydə alınıb.
Bu gün isə Kordovada havanın hərarətinin 46,7 dərəcəyə yüksələcəyi gözlənilir. Sinoptiklər ayrı-ayrı yerlərdə temperaturun 44-46 dərəcə arasında dəyişəcəyini proqnozlaşdırırlar. Daha 12 vilayətdə “narıncı”, 9 vilayətdə isə “sarı” təhlükə səviyyəsi elan olunub.
İspaniyada ən uzunmüddətli istilər 2015-ci ilin yayında hökm sürüb. O vaxt isti hava şəraiti 26 gün aramsız davam etmişdi. Həmin il iyulun 7-də eyni vaxtda dörd vilayətdə “qırmızı” təhlükə səviyyəsi elan olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB