ABŞ prezidenti Donald Trampın təyyarəsi Fransanın "Paris-Orli" hava limanına enib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ lideri Bastiliya qalasının alınma günü şərəfinə sabah keçiriləcək paradın fəxri qonağı olacaq.
Qeyd edək ki, bu, D.Trampın həftə ərzində Avropaya ikinci səfəridir, belə ki, ABŞ prezidenti 7-8 iyul tarixlərində Hamburqda keçirilən G20 sammitində iştirak edib. Səfər zamanı D.Trampın Fransa prezidenti Emmanuel Makronla görüşəcəyi planlaşdırılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB