"Trampla-Putin görüşündən sonra Suriyadakı müharibə iki fərqli dövrə ayrılıb"

"Trampla-Putin görüşündən sonra Suriyadakı müharibə iki fərqli dövrə ayrılıb"

"ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında keçirilən görüşdən sonra Suriyadakı müharibə iki fərqli dövrə ayrılıb." Axar.az xəbər verir ki, bunu suriyalı siyasətçi Süleyman əl-Süleyman deyib.

"Körfəz ölkələrinin terrorçulara maliyyələşdirməni dayandırması müzakirə mövzusu deyildi. Türkiyə ilə sərhəd Suriyaya gedən hərbçilər üçün tamamilə açıq idi. Hamburqdakı sammit və gərginliyi azaltma zonasının yaradılması barədə müqavilədən sonra ABŞ-ın səylərinin uğurlu olmadığı və istədiklərinə nail olmadığını görürük",- Süleyman deyib.

ABŞ-ın İsrail ilə birlikdə Suriyaya qarşı 2-4 iyulda hərbi əməliyyata başlamağa cəhd etdiyini deyən suriyalı ekspert Rusiyanın S-400 raket əleyhinə müdafiə sisteminin müharibəyə hazır duruma gətirildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə