ABŞ-da hər yeddi nəfərdən biri yoxsuldur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Əhali Bürosu keçən il yoxsul insan sayının 39,8 milyondan 43,7 milyona yüksəldiyini açıqlayıb. Bu rəqəmin 51 il ərzində ən yüksək yoxsulluq rəqəmi olduğu bildirilən hesabatda 2009-cu ildə daha 4 milyon adamın yoxsullar sırasına daxil olduğu qeyd edilib.
Hesabatda yoxsulluğun artmasının əsas səbəbinin işsizlik olduğu göstərilib. Hökumətin müəyyən etdiyi standartlara görə, 4 nəfərlik ailənin illik gəlirinin 22 min dolları keçməməsi halında həmin ailə yoxsul hesab edilir. Sağlamlıq sığortası olmayan vətəndaşları sayında da artım olub.
Hesabatda sağlamlıq sığortası olmayanlarının sayının keçən il 16,7 faizə yüksəldiyi, 2008-ci ildə 46,3 milyon sağlamlıq sığortası olmayanlarının sayının keçən il 50,7 milyona çıxdığı qeyd olunub. Yoxsulluq isə ən çox zənciləri və Latın Amerikalı mühacirləri əhatə edib. Ölkədə yaşayan 12,3 milyon Latın Amerikalının 25,3 faizi, 9,9 milyon zəncinin 25,8 faizi yoxsuldur. Asiyalı mühacirlərin yoxsulluq nisbəti 12,5 faiz olduğu halda, ağdərililərdə bu 9,4 faizdir. Hesabatda ölkədə yoxsulluqdan ən çox uşaqların ziyan çəkdiyi vurğulanıb. Yaşı 18 yaşdan aşağı olan hər beş gəncdən biri, yəni 15,5 milyon uşaq yoxsuldur. Yoxsulların daha çox hissəsi isə Luisiana, Missisipi və Alabama ştatlarındadır. Həmin ştatların əhalisinin 15,7 faizi yoxsuldur. ABŞ-da 7,5 milyon uşağın sağlamlıq sığortasından məhrum olduğu bildirilən hesabatda ölkədə narkotika istifadəsinin artdığı da vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB