İraqın Mosul şəhərinin azad edilməsi İŞİD-lə mübarizədə ən mühüm mərhələlərdən biridir. Axar.az xəbər verir ki, bu sözləri Hizbullah komandanı Həsən Nəsrullah deyib. “Mosulun alınması İŞİD-in məhvi üçün əsas amillərdən biridir. Mosul böyük şəhərdir. Xilafətin mərkəzi idi. Orada xeyli radikallar toplaşmışdı. Mosul zəfəri beynəlxalq birlik üçün ən vacib məsələlərdən biridir”, - Nəsrullah bildirilib.
Hizbullah lideri İraq ordusuna döyüşləri dayandırmamağı, İŞİD tam məhv edilənə kimi əməliyyatları davam etdirməyi də məsləhət görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB