Yaponiyada daşqınlar xeyli can alıb

Yaponiyada daşqınlar xeyli can alıb

“Yaponiyanın cənubundakı Kyusyu adasında daşqınlar nəticəsində ölənlərin sayı 25-ə çatıb, 25 nəfər itkin düşmüş sayılır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bundan əvvəl 18 nəfərin öldüyü bildirilib.

Yaponiyada daşqınlar iyulun 6-dan başlayıb. Təbii fəlakət çoxsaylı infrastruktur obyektlərini dağıdıb, avtomobil yollarını zədələyib və bəzi yerlərdə dəmiryol əlaqəsini kəsib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə