Misirdə "İŞİD"-in altı tərəfdarı məhv edilib

Misirdə "İŞİD"-in altı tərəfdarı məhv edilib

Misir polisi “İslam dövləti” (İŞİD) terrorçu təşkilatının altı tərəfdarını məhv edib. Misir Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, Asyut əyalətinin Dervut rayonunda kimsəsiz evlərdən birində gizlənən cinayətkarlar ölkənin cənub əyalətlərində silsilə terror aktları törətməyə hazırlaşırmışlar.

Sənəddə bildirilir ki, əməliyyat zamanı silahlı müqavimət göstərən terrorçular məhv edilib.

Hadisə yerində avtomatik silahlar, döyüş sursatı, hərbi formalar, İŞİD ideologiyasını təbliğ edən mətbu materiallar aşkar edilib.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə