Ukraynanın paytaxtı Kiyevdə orta məktəblərin birinin ərazisində İkinci Dünya müharibəsinə aid MM-81 minası tapılıb. Azərtac-ın məlumatına görə, Kiyevin Solomenskiy rayonu ərazisindəki orta məktəbinin həyətində tapılan mina zərərsizləşdirilib. Mina məktəb ərazisində qazma işləri aparılarkən aşkarlanıb.
Qeyd edək ki, son 6 ay ərzində Kiyevdə İkinci Dünya müharibəsinə aid olan 514 partlayıcı silah-sursat aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB