Keniyada 9 nəfər öldürülüb

Keniyanın şimal-şərqində, Somali ilə sərhəd yaxınlığındakı kənddə, ehtimalən, terrorçular tərəfindən edilən hücum nəticəsində ən azı 9 nəfər ölüb. Ölənlərin hamısı dinc sakinlərdir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə polis məlumat verib. “9 nəfər öldürülüb. Bəzilərini atəş açaraq, bəzilərini doğrayaraq öldürüblər.”, - yerli polis nümayəndəsi bildirib.

Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə əsasən, hücumun arxasında “əş-Şəbab” terror qruplaşması ola bilər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə