150 nəfər meşə yanğınlarının mühasirəsində qalıb

ABŞ-ın Kaliforniya ştatında 90 uşaq da daxil olmaqla, 150-ə qədər insanın olduğu uşaq düşərgəsi meşə yanğınlarının əhatəsində qalıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yanğın dünən günün ikinci hissəsində Santa Barbara dairəsində başlayıb.

Meşə yanğınlarının əhatəsində qalan 150 nəfər evakuasiya edilmələrini gözləyir. Yerli yanğın xidmətinin rəisi Deyv Zaniboni yanğının tam nəzarətdən çıxdığını bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə