Türkiyənin Qaziantep şəhərində 5 mərtəbəli bir binanın 1-ci mərtəbəsində partlayış baş verib. "CNN Türk" telekanalının yaydığı məlumata görə, hadisə zamanı 7 nəfər yaralanıb. Hadisə yerinə təcili yardım və xilasedicilər cəlb edilib. Bina sakinləri təxliyyə edilib. Partlayışın səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə