Tramp Putinlə ikiəlli görüşdü

Tramp Putinlə ikiəlli görüşdü

Almaniyanın Hambruq şəhərində "Böyük iyirmilik" (G20) ölkələrinin sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşü baş tutub. Məlumata görə, bu, dövlət başçıları arasında ilk şəxsi görüşdür.

Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş baş tutub.

Danışıqlarda ABŞ-ın dövlət katibi Reks Tillerson və Rusiyanın xarici işlər naziri Sergey Lavrov da iştirak ediblər.
Görüşün təfərrüatları barədə hələ məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə