Filippin Prezidenti Rodriqe Duterte növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Axar.az xəbər verir ki, radikal Əbu Səyyaf qruplaşmasının 2 girovu öldürməsindən hiddətlənən dövlət başçısı canlı yayımda çıxışı zamanı islamçıları diri-diri yeyəcəyi ilə hədələyib. “Əgər istəsəniz silahlı islamçıların ciyərini yeyə bilərəm. Mənə duz və sirkə verin, onları qarşınızda yeyim”, - deyə Duterte bildirib.
Qeyd edək ki, 1991-ci ildən fəaliyyət göstərən sözügedən radikal qruplaşma girov götürmə kimi fəaliyyəti ilə tanınır. Əbu Səyyaf Mindanao və Sulu adalarında müstəqil İslam dövləti yaratmaq üçün silahlı təxribatlar törədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB