Türkiyənin hakim partiyası "The Daily Telegraph" qəzetini məhkəməyə verir
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası İngiltərənin "The Daily Telegraph" qəzetini məhkəməyə verir. SİA-nın məlumatına görə, partiyadan verilən açıqlamada qəzetin İrandan Türkiyə hökumətinə maliyyə yardımı verildiyi haqda iddiasının açıq bir təxribat olduğu və referendumdan dərhal sonra ortaya atılmasının diqqət çəkdiyi bildirilib.
Açıqlamada "Heç bir əsası olmayan bu xəbərin İsrailin "Mavi Mərmərə" gəmisində həyata keçirdiyi qətliamı legitimləşdirməyə çalışan çevrələrin tezislərini əks etdirməsi düşündürücüdür" sözlərinə yer verilib.
"The Daily Telegraph" qəzetinin xəbərinin arxasında durduğunu açıqlamasından sonra AKP milli və beynəlxalq məhkəmələrə müraciət etmək qərarına gəlib və proses artıq başlayıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB