Qazaxıstan prezidenti 2020-ci ilə qədər bu vəzifədə qalmağı düşünür

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin vəzifədən getməyi düşünmədiyi və 2012-ci ildə keçiriləcək seçkilərdə təkrar prezidentliyə namizəd olacağı açıqlanıb.

SİA-nın məlumatına görə, müşavirlərindən Yermukhamet Yertysbayev 20 ildən çox ölkəni idarə edən 70 yaşlı prezidentin 2020-ci ilə qədər vəzifədə qalmağı düşündüyünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə