Gürcüstanın energetika naziri istefa verib

Gürcüstanın energetika naziri istefa verib

Gürcüstanın energetika naziri Kaxa Kaladze istefa verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, Tbilisi meri vəzifəsinə yerli seçkilərdə mübarizə aparmaq niyyətindədir.

K.Kaladze bu gün 5 il ərzindəki fəaliyyəti barədə hesabat təqdim edib və istefası ilə bağlı müvafiq bəyanat verib.

K.Kaladze 2012-ci il oktybarın 25-dən etibarən energetika naziri vəzifəsində çalışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə