BMT Təhlükəsizlik Şurası (TŞ) Şimali Koreyanın qitələrarası ballistik raket buraxılışı ilə bağlı iyulun 5-də təcili iclasını çağırmağa hazırlaşır. TŞ-nin təcili iclasının çağırılması barədə təklif iyulun 4-də Şimali Koreya tərəfindən keçirilən raket sınağından sonra Yaponiya, ABŞ və Cənubi Koreya tərəfindən irəli sürülüb.
BMT-nin baş katibi Antoniu Quterreş məsələ ilə əlaqədar iyulun 4-də yazılı bəyanatla çıxış edərək, Şimali Koreyanın bu addımını kəskin tənqid edib. BMT baş katibinin bəyanatında deyilir ki, beynəlxalq ictimaiyyət belə ciddi çağırışa qarşı birliyini qorumalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB