Qorbaçovdan ABŞ və Rusiyaya "məsləhət": "Geniş dialoq başlatmalıyıq”
"ABŞ və Rusiyadakı vətəndaş cəmiyyəti institutları iki ölkə arasındakı gərginliyin azaldılmasına və dialoq mühitinin inkişaf etdirilməsinə yardımçı olmalıdır."
Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin son lideri Mixail Qorbaçov deyib. “İki ölkə arasındakı gərginliyin öz-özünə azalmasını gözləyə bilmərik. Vətəndaş cəmiyyətinin bu məsələdə rolu önəmlidir. Aqressiv ritorikadan qaçıb, akademiklərin, sənətçilərin, gənclərin daxil olduğu geniş dialoq başlatmalıyıq”, - Qorbaçov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə