Türkiyədən Şimali İraqa yükdaşıyan avtomobildən 7 milyon dollar oğurlanıb

Türkiyədən Şimali İraqa yükdaşıyan avtomobildən 7 milyon dollar oğurlanıb

Türkiyədən Şimali İraqa yükdaşıma xidmətləri həyata keçirən şirkətlərdən birinin avtomobilindən 7 milyon dollar pul oğurlanıb. Axar.az xəbər verir ki, Habur sərhəd məntəqisini keçən avtomobilin sürücüsü 6 maskalı şəxsin soyğununa məruz qalıb.

Oğrular avtomobilin yük yerində torbalarda olan 7 milyon dolları götürərək oradan uzaqlaşıblar. Maskalı şəxslər izlənilməmək üçün avtomobilin təkərlərinə atəş açıb və açaranı da götürüblər. Məlumata görə, həmin pullar bir neçə şirkətə məxsus olub.

Bütün xəbərlər Facebook səhifəmizdə