İraq Kürd Muxtariyyəti İrana nota verib

İranın Şimali İraq Kürd Muxtariyyətindəki baş konsulu Murtaza İbadiyə nota təqdim edilib. Axar.az xəbər verir ki, buna səbəb İran ordusunun muxtariyyətlə sərhəd əraziləri bombalaması olub. “İran konsulu İbadi çağırıldı. Tehrana çatdırılması üçün ona nota verildi. İran tərəfinin həyata keçirdiyi bombardmanın qəbuledilməz olduğu bildirildi”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, dünən İran hərbi qüvvələri terrorizmlə mübarizə adı altında muxtariyyətlə sərhəddə yerləşən Balekayeti bölgəsini raket atəşinə tutmuşdu. Nəticədə bir mülki şəxs ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə