Ermənistandan pullar offşor zonalara daşınır

Ermənistandan pullar offşor zonalara daşınır

Bu ilin ilk 5 ayı ərzində Ermənistandan 356 683 000 dollar pul çıxarılıb. Trend-in məlumatına görə, bu ötən il üzrə göstəricidən 42,6 milyon dollar çoxdur. Qeyd olunur ki, bu məbləğin böyük hissəsi – 144 milyon dollar Rusiyaya, 64,4 milyon dolları ABŞ-a aparılıb.

Bu məbləğin böyük hissəsi nağd şəkildə, müəyyən hissəsi isə qeyri-leqal yollarla offşor zonalara aparılıb. Ümumilikdə, son 5 il ərzində Ermənistandan 8 milyard dollara yaxın pul çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə