Çində ölənlərin sayı durmadan artır

Çində güclü daşqınlar baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 56 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.

Daşqınlarla əlaqədar yerli qurumlar 8 vilayət və muxtar rayonda 100 minlərlə insanı təxliyə edib. Ümumilikdə təbii fəlakət nəticəsində iqtisadiyyata 18 milyard yuan (2,65 milyard dollar) zərər vurulub.

Daşqınlar nəticəsində 19 mindən çox ev dağılıb, 189 min ev, həmçinin 668,2 milyon hektardan çox əkin sahələri zərər görüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə