Cənubi Koreya prezidenti təhlükəsizlik şurasının təcili iclasını çağırıb
Cənubi Koreya prezidenti Mun Ce-in Şimali Koreyanın bu gün növbəti ballistik raket buraxılışından sonra təhlükəsizlik şurasının təcili iclasını çağırıb. Yonhap agentliyi bildirir ki, iclasda Şimali Koreyanın növbəti raket təxribatına qarşı hansı addımların atılması məsələsi müzakirə olunacaq.
Qeyd edək k, bu gün səhər yerli vaxtla 9:40-da Şimali Koreyanın Pyonqan vilayətindən Yapon dənizi istiqamətində növbəti ballistik raket buraxılıb. Raketin 40 dəqiqə ərzində 930 kilometr məsafəni qət etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə