ABŞ-ın ən nüfuzlu analitik mərkəzlərindən olan Marshall Fondu hər il hazırlanan "Transatlantik meyllər" hesabatının bu ilki versiyasında Türkiyə ilə əlaqədar və Qərbi narahat edən məqamlar yer alıb. SİA-nın məlumatına görə, hesabatda Türkiyə ilə əlaqədar üç kritik məqam qabardılır:
1) Araşdırmaya görə, Türkiyə əhalisinin Avropa Birliyi (AB) üzvlüyünə dəstəyi xeyli aşağı düşüb. AB-yə üzvlüyün fayda verəcəyini düşünənlərin sayı 38 faiz azalıb. 2004-cü ildəki araşdırmada bu 70 faz idi.
2) Keçən il hazırlanan hesabatda ABŞ prezidentliyinə Barak Obamanın seçilməsindən ən çox razı qalan Avropa ölkəsinin Türkiyə olması üzə çıxmışdı. Keçən il Obamaya müsbət yanaşanların sayı 50 fazi olduğu halda, bu il 28 fazi azalma qeydə alınıb.
3) Hesabatın üçüncü mesajı isə Türkiyə əhalisinin Qərbdən Şərqə istiqamətini dəyişməsidir. Türkiyənin Orta Şərq ölkələri ilə əməkdaşlıq etməsi lazım olduğunu düşünənlərin sayı iki dəfə artaraq 20 faizə yüksəlib. ABŞ ilə əməkdaşlıq etməsinin lazım olduğunu düşünənlərin sayı isə 6 faizdir. Türkiyə həmçinin İranın nüvə silahına sahib olmasından ən az narahat olan ölkə olub. Türk xalqının yalnız 40 faizi İranın nüvə silahına sahib olmasından narahatdır.
6 ildir ki, Türkiyəni 12 ölkəlik Avropa bloku daxilində qiymətləndirən fondun idarəçiləri Ankaranın Qərbin ortaq dəyərlərini paylaşmayan bir görüntü verdiyi düşüncəsi ilə ayrı qiymətləndirmə aparıb. Fond 2004-cü ildən indiyə kimi Avropa qrupunda yer verdiyi Türkiyə üçün bu il xüsusi kateqoriya açıb. Səbəb isə son illərdə bütün təməl məsələlərdə Qərb ilə ortaq yanaşmaları rədd edən bir görünüş verən Türkiyənin Avropanın müəyyən etdiyi bütün cədvəlləri alt-üst etməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB