Kolumbiyada güclü zəlzələ olub

Kolumbiyada 5,1 bal gücündə zəlzələ baş verib. SİA-nın verdiyi məlumata görə, ABŞ Geoloji Xidmətinə (USGS) istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Mesetas şəhərindən 17 kilometr şimal-şərqdə, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə