Misir ordusu Sinay yarımadasında terrorçuların tunelini məhv edib

Misir ordusu Sinay yarımadasında terrorçuların tunelini məhv edib

Misir ordusu Sinay yarımadasının şimalında yerləşən terrorçuların istifadə etdiyi tuneli məhv edib. Bu barədə Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Tamer al-Rifai məlumat verib.

Onun sözlərinə görə, əməliyyat zamanı 2 terrorçu saxlanılıb. Bunula yanaşı silah və sursat, iki nəqliyyat vasitəsi (motosikl) və narkotik maddələr aşkar olunub.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə