Antalyada 88 ilin ən isti günü

Türkiyənin Antalya şəhərində hava temperaturunun ölçülməyə başlandığı 1929-cu ildən bəri ən isti gün yaşanıb. Anadolu informasiya agentliyi xəbər verir ki, 2000-ci ildə şəhərdə 45 dərəcə isti qeydə alınmışdı. Bu gün isə 45,4 dərəcə temperaturla son 88 ilin rekordu yenilənib.

Sinoptiklərin məlumatına görə, bölgədə mövsüm üçün normal göstəricilərdən 10-12 dərəcə yüksək istilər hökm sürür. Antalyada anomal isti hava şəraitinin sabah da davam edəcəyi bildirilir.

Bu gün İstanbulda da hava çox isti keçib, termometrin göstəricisi 44 dərəcəyədək yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə