Suriya ordusu İordaniyaya 3 raket atıb

Suriya ordusu İordaniyaya 3 raket atıb

Suriyadan atılan raketlərdən 3-ü İordaniya ərazisinə düşüb. Axar.az xəbər verir ki, raketlərdən 2-sinin Cabir sərhəd məntəqəsinin qarşısındakı mülki müdafiə binasının yaxınlığına, birinin də ölkənin şimalında yerləşən Cabir ər-Ramse magistral yoluna düşdüyü bildirilib.

Raketin Suriya ordusu tərəfindən atıldığı qeyd edilib. İnsident zamanı xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə