Rekord: Antalyada 88 ilin ən isti günü...

Rekord: Antalyada 88 ilin ən isti günü...

Türkiyənin Antalya şəhərində hava temperaturunun ölçülməyə başlandığı 1929-cu ildən bəri ən isti gün yaşanıb. Anadolu agentliyinin xəbərinə görə, 2000-ci ildə şəhərdə 45 dərəcə isti qeydə alınmışdı. Dünən isə 45,4 dərəcə temperaturla son 88 ilin rekordu yenilənib.

Sinoptiklərin məlumatına görə, bölgədə mövsüm üçün normal göstəricilərdən 10-12 dərəcə yüksək istilər hökm sürür. Antalyada anomal isti hava şəraitinin sabah da davam edəcəyi bildirilir.

Maraqlıdır ki, dünən həmçinin İstanbulda da hava çox isti keçib, termometrin göstəricisi 44 dərəcəyədək yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə