Rusiya Prezidenti Vladimir Putinlə Qətər əmiri Şeyx Təmim bin Hamad əl-Sani arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Gələcəklə bağlı investisiya və energetika sahələrini əhatə edən layihələrdən danışıldı. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi üçün razılıq əldə edilidi. Bundan əlavə, Putin rəsmi Doha ilə Körfəz ölkələri arasında münasibətlərin normallaşması üçün diplomatik səylərin önəmini vurğuladı”, - bəyanatda bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə