Türkiyə ordusu Suriyanın şimalında yerləşən və YPG-nin nəzarətində olan Afrinin Telrıfat qəsəbəsini və Minniq hərbi bazasını ələ keçirmək üçün hazırlıqlar görür. Bu barədə Sputnikməlumat yayıb. Hazırlıqlar səbəbilə Kilis-Afrin sərhəd xətti boyunca hərbi texnikaların irəlilədiyi bildirilib.
Digər tərəfdən YPG-nin də boş durmadığı vurğulanır. Belə ki, terrorçuların türk əsgərlərinin yerləşdiyi cəbhə xəttinə ağır çaplı silahlar, müxtəlif raketlər və döyüşçülər yığdığı deyilir. Qeyd edək ki, Türkiyə Afrin ətrafında sərhəd zolağında divar inşası işlərinə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə