Putin Ərdoğanla telefonda nə danışdı?

Putin Ərdoğanla telefonda nə danışdı?

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyip Ərdoğan ilə Vladimir Putin arasında telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Vladimir Putin Ramazan bayramı münasibətilə həmkarını təbrik edib.

Söhbət zamanı tərəflər Almaniyanın Hamburq şəhərində keçiriləcək G-20 sammiti çərçivəsində təkbətək görüşmək barədə razılığa gəliblər.

Telefon söhbətində, həmçinin Suriyadakı vəziyyət müzakirə edilib. Liderlər Suriya məsələsinin həllində sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə