Almaniya Parlamenti homoseksualların evliliyinə icazə verən qanun layihəsini qəbul edib. BBC xəbər verir ki, yeni qanunun mətnində deyilir: "Evlilik iki ayrı və ya eynicinsli şəxs tərəfindən ömürlük birlikdir".
Qanun layihəsinə millət vəkillərinin 393-ü lehinə, 226-sı əleyhinə səs verib, 4 deputat isə səsvermədə iştirak etməyib. Kansler Angela Merkel də qanunun əleyhinə səs verənlər sırasında olub. Qanunun bu ilin sonuna qədər qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, Merkel uzun müddət bu qanunun əleyhinə olub. Lakin bu yaxınlarda qanun layihəsinin müzakirəyə çıxarılmasına icazə vermiş və millət vəkillərini “vicdanlarının səsini” dinləməyə çağırmışdı. Merkel evliliyin qadın və kişi arasında olduğunu, lakin yeni layihənin daha sıx "ictimai birlik və sülhə" yol açacağına ümid bəslədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB