ABŞ diplomatı: "İran mənə qurbağa ilə əqrəbin hekayəsini xatırladır"

ABŞ diplomatı: "İran mənə qurbağa ilə əqrəbin hekayəsini xatırladır"

"Tehran P5+1 ölkələri ilə əldə edilən nüvə razılaşmasının öhdəliklərini yerinə yetirmir." Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli deyib. “Tehranın ballistik raket sınağı keçirməsi, raket texnologiyalarını satın alması, silah qaçaqmalçılığı etməsi, Yaxın Şərqdə dağıdıcı fəaliyyət yürütməsi və terror qruplaşmalarına dəstək verməsi sözügedən razılaşmasının pozulması deməkdir. İran mənə qurbağa ilə əqrəbin hekayəsini xatırladır. BMT TŞ İrana daha çox təzyiq etməlidir”, - diplomat bildirib.

Qeyd edək ki, BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman İran hökumətinin nüvə proqramı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, MAQATE-nin hesabatlarında İranın hansısa öhdəliyini pozması barədə xatırlatma olmadığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə