Hava şəraiti ilə bağlı Moskvada təxminən 120 reys təxirə salınıb və ya ləğv edilib. RİA-nın xəbərinə görə, yerli vaxtla saat 20:55-ə olan məlumata görə, “Vnukovo” aeroportunda bir reys gecikir və 1 reys ləğv edilib; “Domodedovo”da 52 reys təxirə salınıb, 6 reys ləğv edilib; “Şeremetyevo”da 66 reys təxirə salınıb.
Rusiya FHN-in məlumatına görə, yağış və saniyədə 15-20 metrə çatan şiddətli külək 1 iyula qədər davam edəcək. Dünən Moskvada qəza nəticəsində elektrik enerjisinin verilməsində problem də yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB