Putin və Ərdoğan arasında telefon danışığı olub

Putin və Ərdoğan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, Kremldən verilən məlumata görə, Putin və Ərdoğan 4-5 iyulda Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə suriyalı tərəflər arasında keçiriləcək V Astana görüşü çərçivəsində Suriya böhranının həllinə yönəlik əsas məsələləri müzakirə edib.

Açıqlamada Putin və Ərdoğanın yaxın gələcəkdə danışıqları davam etdirmək məsələsində razılıq əldə etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə