Ərdoğan və Tramp arasında telefon danışığı olacaq

Ərdoğan və Tramp arasında telefon danışığı olacaq

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ağ ev açıqlayıb.

Məlumata görə, prezidentlər arasında telefon danışığı Türkiyə vaxtı ilə saat 16:30-da baş tutacaq.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son olaraq mayın 16-da Vaşinqtonda səfərdə olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə