ABŞ Suriyada həbsxananı bombaladı, 40-dan çox məhbus öldü

ABŞ Suriyada həbsxananı bombaladı, 40-dan çox məhbus öldü

Birləşmiş Ştatların İŞİD terror təşkilatının Suriyadakı həbsxanasına endirdiyi zərbə nəticəsində 40-dan çox dustaq həyatını itirib. "Report" xəbər verir ki, bu barədə "Al-Masdar" agentliyi məlumat yayıb.

Həbsxana Fərat çayı sahilində yerləşən Məyadin şəhərindədir. Bildirilir ki, ölənlərin heç biri İŞİD terrorçusu deyil. Bununla belə, ABŞ iddia edir ki, zərbə Deyr Əz-Zorda onların mövqelərinə vurulan ziyanı nəzərə alaraq, Məyadinin terrorçuların yeni paytaxtı ola biləcəyinə dair yaranan əndişələrdən irəli gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə