"Vaşinqton Suriyanı vurmaq üçün sadəcə bəhanə axtarır." Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Tvitter hesabında yazıb. “ABŞ donanma və hərbi hava qüvvələrini hazır vəziyyətə gətirib. Yəni, Suriyanı vurmaq üçün bəhanə axtarırlar. Əsəd onlara bəhanə yaratmayacaq. Provokasiya üçün ideal vaxtdır”, - Puşkov qeyd edib.
Qeyd edək ki, Ağ Ev Əsəd rejiminin kimyəvi hücumlara hazırlaşdığını iddia etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB