Sarkisyan etirazla qarşılandı

Ermənistan prezidenti Serj Sarkisyan hökümət binasına gələn zaman "sürpriz"lə qarşılaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sarkisyan binaya daxil olarkən bir qrup etirazçı hökumət binasının qarşısına toplaşıb. Onlar etirazlarını Sarkisyana çatdırmaq istəyiblər.

Lakin Ermənistan prezidentinin mühafizəçiləri etiraz edən sakinləri ərazidən uzaqlaşdırıblar.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə